Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İslam Pariyası Nardaran hadisələri ilə bəyanat verib

İslam Pariyası Nardaran hadisələri ilə bəyanat verib

Azərbaycan İslam Partiyası (AİP) bu gün noyabrın 26-da Nardaranda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

Partiyanın mətbuat xidməti tərəfindən yayılan bəyanatda noyabrın 26-da Nardaran qəsəbəsində baş verən hadisələr 2 nəfəri polis əməkdaşı olmaqla 6 nəfərin həlak olması və bir neçəsinin yaralanması “ağır faciəvi hadisə” kimi qiymətləndirilir.

Bu gün Azərbaycanın Qarabağ kimi probleminin olduğunu xatırladan AİP bəyan edib ki, İslam dininin beynəlxalq aləmdəki düşmənləri məxsus olduqları cəmiyyətlərə İslamı terror dini kimi təqdim etməyə, insanları dinimizin cazibəsindən, sülh və tərəqqi, humanizm dini kimi gözəl dəyərlərindən uzaqlaşdırmağa çalışırlar.

“Belə həssas durumda kimliyindən, rəsmi və ya qeyri-rəsmi vəzifə daşımasından asılı olmayaraq hər bir müsəlman övladı əməli ilə ayrı-ayrı cəmiyyətlərin, hansı dinə mənsub olmasından asılı olmayaraq hətta hər hansı bir fərdin dinimizə olan etimadına, inam və rəğbətinə xələl gətirməkdən çəkinməlidir.

Buna görə də Azərbaycan İslam Partiyası dinimizə qarşı çevrilə biləcək hərəkətlərə, təxribatçılığa yol aça bilən əməlləri pisləyir, müsəlman övladları arasında silahların işə düşməsini məhkum edir. Hesab edirik ki, bir ölkə daxilində bir xalqın övladları arasında ortaya çıxan ən çətin problemləri belə milli ənənələrimiz, sözsüz ki, dövlətçilik qanunlarının qorunması şərtilə, həm də milli-mənəvi dəyərlərimiz əsas götürülərək həll edilməlidir.

İnanırıq ki, baş verən faciədə təxribatçılıq başlıca səbəblərdəndir. Ona görə də biz ölkənin hüquq-mühafizə orqanlarını hadisənin əsas səbəbkarlarının araşdırılmasına, günahkarların tapılaraq cəzalandırılmasına, istintaqın ədalətlə aparılmasına çağırırıq” – deyə AİP-in bəyanatında bildirilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın