Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / İlham Əliyev Tehranda – Həsən Ruhani ilə görüşdü (Yenilənib)

İlham Əliyev Tehranda – Həsən Ruhani ilə görüşdü (Yenilənib)

Azərbaycan Prezidenti İlham Əliyevin Sadabet sarayında rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin himni səsləndirildikdən sonra nümayəndə heyətləri təqdim edilib. Nümayəndə heyətlərinin geniş tərkibdə görüşünun olacağı və prezidentlərin iştirakı ilə sənədlərin imzalanacağı gözlənilir.
Artıq ölkə başçılarının görüşü başlayıb.
***
11:56
Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.
AzNews.az İran KİV-lərinə istinadən xəbər verir ki, Prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.
Məlumata görə, ölkə başçısının Sadabet Sarayında rəsmi qarşılanma mərasimi olacaq.
Qeyd edək ki, İlham Əliyev İrana həmkarı Həsən Ruhaninin dəvətilə yollanıb.

Həmçinin oxuyun

Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı …

Bir cavab yazın