Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Hər bir vətəndaş ona göstərilən xidmətə görə 475 manat ödəyib

Hər bir vətəndaş ona göstərilən xidmətə görə 475 manat ödəyib

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 4 milyard 665,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 429,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,5 faizini təşkil edib.

Yeddi ayda hər bir sakin orta hesabla 476,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …