Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı – FOTO, VİDEO

Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı – FOTO, VİDEO

Ukraynada Kiyev vilayətinin polisləri “Dato Ağcabədili” ləqəbli “qanuni oğrunu” saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib.

“Dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü “Dato Ağcabədili” (Məmmədov Cavid İltizam oğlu – red.) saxlanılıb. Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç gəl gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”, – deyə, Abroskin yazıb.

O əlavə edib ki, Ukraynada digər “qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …