Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Hazırda heç yerdə vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”

“Hazırda heç yerdə vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”

“Biz bu gün vətəndaşlarımızın xarici ölkələrdən gətirilməsi üçün əlimizdən gələni əsirgəmirik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu çox gərgin əməyi nəticəsidir: “Artıq vətəndaşlar arasında da əvvəlki gərginlik yoxdur. Hər hansı ölkədə belə gərginlik varsa, onlar oradakı səfirliklərə müraciət etsinlər, onların gətirilməsi təmin ediləcək. Hazırda heç bir ölkədə olan vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …