Ana səhifə / Sosial / Hava nə vaxt sabitləşəcək?

Hava nə vaxt sabitləşəcək?

Azərbaycanda hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, rayonlarda mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.

“Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır”, – deyə xidmət rəisi əlavə edib.

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …