Şənbə , İyul 20 2019
Ana səhifə / Sosial / Hafiz Hacıyev: “Bu komanda ilə islahat keçirmək mümkün deyil”

Hafiz Hacıyev: “Bu komanda ilə islahat keçirmək mümkün deyil”

Müasir Müsavat Partiyasının sədri: “Heydər Əsədov yalan danışır və yalan məlumatlar verir. Yalan məlumatlar əsasında da ölkəmiz inkişafdan qalır”.

Bunu Hafiz Hacıyev prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirləri şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söyləyib ki, 2016-cı il tarixdə dərin islahatlar ili kimi yadda qalacaq. Eyni zamanda prezident dünya miqyasında böhranın daha da dərinləşdiyini vurğulayıb.

Hafiz Hacıyev: “Prezident sözdə yox əməldə islahatların nəticələrin görmək istəyirsə, ilk öncə yanındakı “qocalar evi”ndən qurtulmalıdır”

Bu mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a verdiyi açılamasında qeyd edib ki, məmurlar nə vaxt ki, prezidentə sözdə yox, real işdə sadiq olacaqlar, əlbəttə ki, o zaman ölkədə iqtisadi inkişafa nail olmaq olacaq. Partiya sədri vurğulayıb ki, biz də o zaman məmurlara öz xoş münasibətimizi göstərəcəyik:

“Cənab prezident bu barədə dəfələrlə ortaya mövqe qoyub. Yəni cənab prezidentin amalı budur ki, Azərbaycan xalqı firəvan yaşasın. Lakin prezidentin verdiyi göstərişə məmurlar riayət etmirlər. Bu da çox ciddi məsələdir. Cənab prezident islahatlar ili elan etdi və özü də dəfələrlə müşavirələrdə xəbərdarlıq edib. Lakin bu xəbərdarlıqdan məmurlar və nazirlər heç bir nəticə çıxarmır. Buna görə də rayonlarda heç bir işlər görülmür. Bu yaxınlarda məlum oldu ki, Sabirabada pambıq əkini ilə bağlı Kənd Təsəərrüfatı Nazirliyi gübrə göndərib və bütün gübrə yarasız çıxdı. Ona görə gübrə yararsız çıxdı ki, Heydər Əsədov gübrələri Ermənistandan alır. Bu kimi hallara görə bu gün bizim kənd təsəərrüfatımız bərbad gündədir və heç bir islahat keçirilmir. Prezident kənd təsəəttüfatına bir dəfə 12 milyon, bir dəfə də 8 milyon yarım ayırdı. Amma ortada heç bir inkişaf hiss edilmir.

Cənab prezidentin verdiyi tapşırıqlara məmurlar əməl etsələr, bu gün Azərbaycan çox güclü inkişaf edər. Bir tərəfdən də bildiyimiz kimi dünyada da böhranlı vəziyyət yaranıb və sözsüz ki, bu bizdən də yan keçməyəcək. Amma bu gün məmurlar deyirlər ki, Azərbaycanda hər şey yaxşıdır. Heç də hər şey yaxşı deyil. Rayonlarımızda vəziyyət acınacaqlıdır. Manatımız da günü-gündən dollara qarşı möhkəmlənməkdənsə, daha da dəyərdən düşür.

Hafiz Hacıyev: “Komanda yoxdur ki, bu işlərdə prezidentə kömək etsinlər. Yəni top oratadadı, amma qol vura bilən oyunçu yoxdur”.

Biz birləşib cənab prezidentə kömək etməliyik ki, Azərbaycan lider dövlətlərdən birinə çevrilsin. Amma neynəməm olar ki, prezidentin ətrafının hamısı prezidentə xəyanət edir. Bu xəyanətlərin qarşısın almaqdan ötür mən gecə-gündüz həyatımı siyasi qumara qoymuşam və məni də çox hədələyirlər ki, sən hər şeyin düzün deyirsən. Mənim dediyim məmurlar bütün torpaqları zəbt edir fikri həqiqət oldu. Cənab prezident yoxlama apardı və hamısı üzə çıxdı. İndi qalır onların cəza məsələsi.

Mən düşünürəm ki, xalqımız, müəyyən müxalifət qüvvələr də birləşib prezidentin arxasında dayanmalıdır. Prezident də onu aldadan, xəyanət edən, gündüz prezidentlə olan, amma gecə müxalifətin qanadlarına pul yığan, xaricdə Azərbaycana basqı təşkil olunması üçün onları maliyələşdirən qüvvələri neytrallaşdırmalıdır. Kim bu köməkliyi prezidentə etməsə də, mən edəcəm. Hər şeyi real şəkildə prezidentə çatdırmaqda davam edəcəm. Məmurlar nə vaxt ki, prezidentə sözdə yox real işdə sadiq olacaqlar, əlbəttə ki, biz də o zaman məmurlara öz xoş münasibətimizi göstərəcəyik. Amma mən bilirəm ki, çox papaqlar boş qalacaq.

Hafiz Hacıyev: “Məmurların topraqları, vilalları üzə çıxdığı kimi başqa bütün mülkləri də tez zamanda üzə çıxacaq”.

Azərbaycanda siyasi-iqtisadi islahatlar aparmaq üçün ciddi komanda qurmaq lazımdır. Yəni dünya çempionu olmaq üçün əvvəlcə 11 yaxşı oyunçu tapmaq lazımdır. Bu komanda da Azərbaycan hökumətində yoxdur. Ən sadə misal olaraq deyim ki, Eldar Mahmudovun timsalında hamı xəyanətlə məşğuldur. İslahat sözdə yox əməldə aparılmalıdır. Bu gün prezident kənd təsəərrüfatını nefdən sonra ikinci sahə sayır və gələcəkdə bu sahənin daha da inkişafı üçün müəyyən islahatlar aparır. Amma komanda yoxdur ki, bu işlərdə prezidentə kömək etsinlər. Yəni top oratadadı, amma qol vura bilən oyunçu yoxdur. Heydər Əsədov yalan danışır və yalan məlumatlar verir. Yalan məlumatlar əsasında da ölkəmiz inkişafdan qalır.

Prezident sözdə yox əməldə islahatların nəticələrin görmək istəyirsə, ilk öncə yanındakı “qocalar evi”ndən qurtulmalıdır. Hakimiyyətə layiqli, başı işləyən, yaxşı iqtisadi təhlilər verə bilən, kənd təsəərrüfatın bilən, pomidorla, xiyarı tanıya bilən nazır lazımdır. Amma bizim indiki hakimiyyətdəki nə nazirlər, nə də komanda öz sahələrini bilənlər deyil. Hələ ki, biz bu komandanın öhtəsindən gələ bilmirik. Biz Heydər Əsədovla heç bir islahatlar apara bilmərik. Amma bu cür məmurların topraqları, vilalları üzə çıxdığı kimi başqa bütün mülkləri də tez zamanda üzə çıxacaq”.

Həmçinin oxuyun

Azərbaycanda işləyən əhalinin sayı açıqlandı

2019-cu il iyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 …

Bir cavab yazın