Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …