Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Sosial / Elmar Məmmədyarov: “Məni təəcübləndirən və hiddətləndirən bu məsələnin siyasiləşdirilməsidir”
Elmar Mammadyarov, Aussenminister von Aserbaidschan, HintergrundgesprŠch, Kšrber Stiftung, Berlin, 29.06.2010. Foto: Marc Darchinger / Tel.: 0171 125 37 54

Elmar Məmmədyarov: “Məni təəcübləndirən və hiddətləndirən bu məsələnin siyasiləşdirilməsidir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində deyib ki, bu gün Bakıda Rusiya səfiriilə bloqqer Aleksandr Lapşinin Belarusdan ekstradisiya edilməsi məsələsini müzakirə edib.

Onun sözlərinə görə, Rusiya konsulu ya sabah, ya o biri gün Lapşini təcridxanada ziyarət edəcək. “Biz Rusiya və İsrail səfirliklərindən bu məsılə ilə bağlı notalar almışıq. Vyana konvensiyasına uyğun olaraq səfirlik saxlanılan şəxslə görüşəcək. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm, bu məsələ müzakirə olunub. Görüşmək məsələsində maneə yoxdur”-Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Lapşinin sonrakı taleyini istintaq müəyyən edəcək. “Ona Azərbaycan Cinayət Məcəlləsinin müəyyən maddələri ilə ittihamlar irəli sürülüb. Yekun qərarı məhkəmə çıxarmalıdır. Məni təəcübləndirən və hiddətləndirən bu məsələnin siyasiləşdirilməsidir. Həmişə onu bloqqer adlandırırlar. Bəs o mühəndis olsaydı necə, heç kim onunla maraqlanmayacaqdı?”-Məmmədyarov bildirib. (Virtualaz.org)

Həmçinin oxuyun

Temperatur aşağı enəcək, yağış yağacaq – SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən …

Bir cavab yazın