Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Dövlət Miqrasiya Xidmətindən vətəndaşlığı olmayanlara XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidmətindən vətəndaşlığı olmayanlara XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliklərlə əlaqədar vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən daxil olan suallara görə bildirib ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsiilə bağlı müraciətlərin edilməsi müddəti dəyişilməyib.

DMX-dən Moderator.az-a bildirilib ki, Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması da icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda isə bu barədə icazə alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış müraciət etməlidirlər.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almağa görə müraciət edənlər yuxarıda göstərilən müddətlərə əməl etməlidirlər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …