Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bunu edənləri 500 AZN cərimə gözləyir – VİDEO

Bunu edənləri 500 AZN cərimə gözləyir – VİDEO

Sayrışan işıqlarını yandıran yanğın söndürən avtomobillər həyacan siqnalı ilə binanın qarşısına gəlir.

Şərti yanğın təlimi Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların qarşısında keçirilib.

Bəzən insanlar yanğınsöndürənləri hadisə yerinə vaxtında çata bilməmələri ilə bağlı tənqid edirlər. Görünən odur ki, bu məsələdə vətəndaşların da məsuliyyəti önəmli rol oynayır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları şəxsi heyətin və xüsusi təyinatlı texnikaların yaşayış kompleksinin həyətinə çata bilməməsini əyani şəkildə göstəriblər.

Xüsusi ilə də çoxmərtəbəli binlarda baş verən yanğın zamanı əhəmiyyətli rol oynayan avto-nərdivan isə ümumiyyətlə şərti yanğın yerinə daxil ola bilmədi.

Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil.

Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, belə hallar daha çox paytaxtda yaşanır. Dəfələrlə xəbərdarlıq edilsə də nə sakinlər, nə də MTK-rəhbərləri tədbir görürlər.

Qeyd ədək ki, inzibati xətalar məcəlləsinin 536-cı yəni ”Yanğın Təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə” görə, fiziki şəxslər 70-100, vəzifəli şəxslər isə 350-500 manatadək cərimə edilirlər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …