Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bu rayonda ara qarışdı, sakinlər ayağa qalxdı – FOTOLAR

Bu rayonda ara qarışdı, sakinlər ayağa qalxdı – FOTOLAR

Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd ediblər. Bir müddət nəqliyyatın hərəkətində problem yaranıb. Belə ki, kənd sakinləri kanalizasiya xəttlərinin daşması və ətrafa kəskin qoxunun yayılması səbəbindən bu addımı atıblar.

Sakinlər dəfələrlə problem barədə aidiyyatı qurumlara məlumat verdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirərək etiraz  olaraq yolu kəsmək qərarına gəldiklərini bildiriblər. Polis və rəhbər strukturların işə qarışmasından sonra məsələ həllini tapıb və nəqliyyatın hərəkəti bərpa edilib.

  • Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
  • Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
  • Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
  • Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
  • Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
1 / 5
© SPUTNİK / İLHAM MUSTAFA
Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər

Sputnik Azərbaycan-a açıqlama verən Düz Cırdaxan kənd bələdiyyə sədri Vasil Qəhrəmanov baş verən hadisədə sakinlərin də günahının olduğunu bildirib. Belə ki, kənd ərazisində yerləşən, lakin rayonun Mənzil İstismar İdarəsinin balansında olan ikimərtəbəli binalarda mərkəzi kanalizasiya sistemi yoxdur və onu alternativ quyular əvəz edir. Sakinlərin vaxtında kommunal xərcləri ödəməməsi və bir müddət aidiyyatı quruma aid xüsusi texnikanın nasaz olması quyuların dolub-daşmasına səbəb olub. Sakinlər isə vəziyyətdən çıxış yolunu yolu bağlamaqda görüblər.

Bələdiyyə sədri hazırda problemin aradan qalxdığını, aidiyyatı təşkilatlar tərəfindən quyuların təmizləndiyini bildirib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …