Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bu binanın mərtəbələri narkomanların məskəninə çevrilib – VİDEO

Bu binanın mərtəbələri narkomanların məskəninə çevrilib – VİDEO

Sumqayıtda yerləşən texniki peşə məktəbinin əvvəlki inzibati binasının aşağı mərtəbələri baxımsız vəziyyətdə qalıb. Ərazidə narkomanların qaldığı iddia olunur.

Sumqayıtda “42-ci məhəllə” adlanan ərazidə yerləşən texniki peşə məktəbinin keçmiş inzibati binasının bəzi otaqlarında şprislər, çirkli paltarlar var.

Otaqların pis qoxusu ətrafa yayılır. Bina istifadəsiz olsa da, aşağı mərtəbələrdəki otaqlarda naməlum şəxslərin şəraitsiz vəziyyətdə qalmaları şübhələri artırıb. İddia olunur ki, əraziyə narkomanlar toplaşır.

Qeyd edək ki, həmin binanın 4-cü mərtəbəsində 8 ailə yaşayır.

Texniki peşə məktəbinin mühafizəçisi bu insanların öhdəsindən gələ bilmədiklərini deyir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən “Xəzər Xəbər”ə bildirildi ki, artıq ərazi nəzarətə götürülüb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …