Ana səhifə / Sosial / BTA: Azərbaycanın qida emalı avadanlığı köhnəlib

BTA: Azərbaycanın qida emalı avadanlığı köhnəlib

Azərbaycanın qida emalı avadanlığı, qablaşdırma qurğuları köhnəlib.

Belə bir problemin mövcudluğu inkişafa mane olur. Yaranan bu vəziyyət ABŞ-ın avadanlıq istehsalçılarına ölkədəki qida emalının modernləşdirilməsini dəstəkləmək imkanını yaradır.

“APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Ticarət Administrasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın geri qaytarılan əraziləri həm yerli, həm də beynəlxalq şirkətlər üçün kənd təsərrüfatında yeni imkanlar yaradıb.

“İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı potensialını müəyyən etmək üçün texniki-iqtisadi əsaslandırmalara ehtiyac var”, – deyə bildirilib.

Bundan başqa, qeyd olunub ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirmək üçün kənd təsərrüfatını dörd prioritet sektordan biri kimi müəyyənləşdirib, əhalinin 37%-i məhz bu sahədə çalışır:

“Lakin kənd təsərrüfatı ÜDM-in yalnız 7%-ni təşkil edir. Azərbaycan məhsulları postsovet bazarlarında güclü brend tanınır və çox vaxt yüksək qiymətə satılır”.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …