Bazar ertəsi , May 13 2024
Ana səhifə / Manşet / Bu təşkilat İlham Əliyevə “Milli Qəhrəman” fəxri adının verilməsi təşəbbüsünü irəli sürdü-40 min imza toplanacaq-Video

Bu təşkilat İlham Əliyevə “Milli Qəhrəman” fəxri adının verilməsi təşəbbüsünü irəli sürdü-40 min imza toplanacaq-Video

24 noyabr 2023-cu il tarixində Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi növbədənkənar toplantı keçirib. Toplantının giriş sözü ilə açan qurumun rəhbəri Elşən Uluxanlı bildirib ki, belə fövqəladə iclas keçirməkdə məqsəd ölkə başçısı cənab İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi təşəbbüsünü irəli sürmək olub.

İclasda çıxış edən təşkilat üzvləri yetkilliklə bu təşəbbüsü dəstəklədiklərini bəyan ediblər.
Sonda qərara alınıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranan Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtıma İctimai Birliyi Prezidentimiz İlham Əliyevin ölkəmizin tərəqqisi naminə gördüyü işlərə, Ali Baş Komandanın erməni faşistləri üzərində qazandığı misilsiz qələbəyə ürəkdən sevinir: “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi 2023 – cü ilin noyabr ayının 24 – də təşkilatın Ümumi Yığıncağında Milli Qəhrəmanlarımızın ailə üzvlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi, Dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasında misilsiz xidmətlərinə və rəşadətinə görə Azərbaycam Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan “ Azərbaycan Milli Qəhrəmanı “ adına layiq görülməsi üçün müvafiq afsımların atılması ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinə müraciət edilsin”.

Elşən Uluxanlı Azinforum.az-a açıqlamasında bildirdi ki, artıq təşkilat üzvləri bu təşəbbüsün həyata keçməsi üçün yaxın günlərdə vətəndaşlardan 40 min imza toplayıb Milli Məclisə təqdim etmək üçün səfərbər olunub.

Həmçinin oxuyun

Fəzail Ağamalı sirləri açır: “Həm Ramiz Mehdiyev, həm də İsa Qəmbərlə…” – VİDEO

“Elmira Axundova Ramiz Mehdiyevin bir nömrəli adamı idi” Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Bakupost.az -a …