Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Baş nazir ömürlük müavinət qaydasına dəyişiklik etdi

Baş nazir ömürlük müavinət qaydasına dəyişiklik etdi

Baş nazir Novruz Məmmədov “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda dəyişiklik edib.
Qaydalarda aşağıdakı dəyişikliklər edilib:
1. Adında, preambulasında və 1-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə: 2.1. adında və 1-ci hissədə (hər iki halda) “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin;
2.2. 2-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

Həmçinin oxuyun

Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı …