Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda evlər niyə ucuzlaşır? – VİDEO

Bakıda evlər niyə ucuzlaşır? – VİDEO

Qiymətlərin artdığı bir vaxtda həyət evləri ucuzlaşıb. Bu evlərin qiymətində təxminən 4 faiz ucuzlaşma qeydə alınıb. Tələbatın azalmasının müxtəlif səbəbləri var. Müxbirimiz səbəbləri öyrənib.

Fərdi həyət evləri ucuzlaşıb.

Əmlak eksperti Ramil Qasımzadə deyir ki, bu aylarda həyət evlərinin 70 faizi kirayə verilmir. Bu da bir çox sahibkarın qazancını azaldır. Sahibkarlar isə satışı artırmalı olurlar və bazarda tələblə təklif arasında balansızlıq yaranır. Təklifin çox olması da təbii olaraq qiymətləri aşağı salır. 

Ekspert bildirir ki, ən ucuz həyət evləri Qaradağ rayonunda, eləcə də Şağan və Pirşağı qəsəbələrindədir. 

Həyət evlərində kanalizasiya xəttlərinin olmaması, qrunt sularının qalxması və bəzi qəsəbələrdəki yolların vəziyyəti də qiyməti azaldan amillərdəndir. 

Ramil Qasımzadənin sözlərinə görə, fərdi həyət evləri ucuzlaşsa da, torpaqların qiymətində bunun əksi müşahidə edilir. Xüsusilə də çıxarışı olan torpaqların qiyməti çox artıb. 

Ekspert bildirir ki, mart ayından etibarən həyət evlərinin qiymətində yüksəlmə gözlənir. 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …