Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / BAKIDA DAHA BİR RAYON YARADILACAQ: “Bu istiqamətdə iş aparılır”

BAKIDA DAHA BİR RAYON YARADILACAQ: “Bu istiqamətdə iş aparılır”

“Keçən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır”.

Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib. 

Ə. Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır: “Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir. İçərçişəhərə gəlincə, İçərçişəhərin artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də mən hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, artıq İçərişəhərin özünü xüsusi statusu var”.

APA

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …