Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda bir əsirdən çox yaşı olan bina qəzalı vəziyyətdədir – VİDEO

Bakıda bir əsirdən çox yaşı olan bina qəzalı vəziyyətdədir – VİDEO

Sabunçu qəsəbəsi, Rəşid Məcidov küçəsi 8 ünvanında bir əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdədir.

Baxımsızlıq və nəmişlikdən 12 ailənin yaşadığı ikimərtəbəli bina qəzalı vəziyyətə düşüb.

Binanın qəzalı vəziyyətdə olmasına görə hətta sakinlərdən bəziləri mənzillərindən didərgin düşüblər.

Sakinlər bildiriblər ki, mənzillərin damını dəfələrlə qırlasalar da, artıq bunun da heç bir xeyri yoxdur. Yağış yağan kimi evlərinə su damır. Elektrik xətləri də tavandan keçdiyinə görə yanğın baş verəcəyindən qorxurlar. Hətta ikinci mərtəbədə yaşayan sakinlər mənzillərinin döşəmələrinin əyildiyini iddia edirlər.

Fövqəladə Hallar Nazirliyindən mövzu ilə bağlı bildirildi ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binaya baxış keçirib, texniki baxış aktı tərtib olunaraq balanssaxlayıcı təşkilata təqdim olunub. Ancaq Sabunçu Rayon İcra Hakimiyyətindən belə bir aktın tərtib olunmadığı bildirilib.

“Həmin bina uzun müddət təmirsiz istismar olunduğundan yaşayış üçün məhdud yararlı vəziyyətdədir. Binanın texniki göstəriciləri barədə məlumatlar Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub”, – deyə Sabunçu Rayon İcra Hakimiyyətinin açıqlamasında qeyd olunub.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …