Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır

Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır

Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq, ərazidə yeni aktivlik qeydə alınmayıb.

Bu barədə AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov məlumat verib.

Nazirliyin rəsmisi deyib: “Sürüşmə ərazisində gərginlik davam etdiyindən təbii və texnogen amillər prosesin aktivləşməsinə təsir edib. Nəticədə sürüşmə kütləsi üzərində olan təxminən 3×4 metr ölçüdə torpaq kütləsi qismən yerini dəyişib. Evlər sürüşmə sahəsindən kənarda olduğu üçün prosesin onlara təsiri yoxdur. Monitorinqlər davam etdirilir”.

Qeyd edək ki, fevralın 14-də Badamdar sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …