Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bəzi dərmanların qəbulundan sonra dənizə girmək olmaz – VİDEO

Bəzi dərmanların qəbulundan sonra dənizə girmək olmaz – VİDEO

İstirahət yerlərində təhlükəsizlik tədbirləri mövsüm başlamadan əvvəl görülməlidir. Respublikanın bütün çimərliklərində mütləq şəkildə maarifləndirici nişanlar qoyulmalıdır.

Bu sözləri Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. 

Onun sözlərinə görə, istirahət yerlərində qidalara da diqqət etmək lazımdır. Əks halda insanlar zəhərlənmə halları ilə qarşılaşa bilərlər.

Ekspert deyir ki, çimərliklərdə boğulma halları tez-tez baş verir. Müsahibimiz bu cür vəziyyətlərdə insanların hansı təlimatları yerinə yetirməli olduğu barədə məlumat verib. 

Mütəxəssis bildirir ki, istirahət yerlərində azyaşlılarla böyüklərin eyni hovuzdan istifadə etməsi təhlükəlidir. Elmar Nurəliyev dənizdən çıxandan sonra yenidən hovuza girməyi məsləhət görmür. 

Daha ətraflı videosüjetdə:

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …