Ana səhifə / Sosial / Azərbaycanda “südpulu” artırıldı – 200 manat oldu

Azərbaycanda “südpulu” artırıldı – 200 manat oldu

Uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub.

Qeyd edək ki, 2018-ci ildə müavinətin məbləği 10 faiz artırılaraq 109 manat olmuşdu.

Həmçinin beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılıb. Bu məbləğ də əvvəllər 33 manat təşkil edib.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …