Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Yeni Prezident təqaüdləri təsis edildi – 50 və 80 AZN

Yeni Prezident təqaüdləri təsis edildi – 50 və 80 AZN

Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bu gün imzaladığı sərəncama əsasən, Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə aşağıdakı şəxslər üçün yeni təqaüdlər nəzərdə tutulur:

– I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

– müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …