Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Azərbaycandan Ukraynaya 25 TIR yardım göndərildi – Foto

Azərbaycandan Ukraynaya 25 TIR yardım göndərildi – Foto

Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi daxildir.
Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …