Ana səhifə / Sosial / Azərbaycanda pensiya alanlarla bağlı mühüm xəbər – VİDEO

Azərbaycanda pensiya alanlarla bağlı mühüm xəbər – VİDEO

Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə olunur

2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il  pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.

Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

Ekspertin sözlərinə görə, statisitik məqəmlər göstərir ki, qadınlar kişilərdən daha çox yaşayır.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Həmçinin oxuyun

Sumqayıtda çirkab suları evlərə dolur – Video

Sumqayıtın “Yaşıl dərə” yaşayış massivinin sakinləri ərazidəki bir neçə problemdən şikayətçidirlər. Onlar bildiriblər ki, burada tullantılar üçün …