Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 102, ötən müddət ərzində isə ümumilikdə 529 875 test aparılıb.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …