Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Azərbaycanda bütün qəbirlər eyni formada olacaq” – VİDEO

“Azərbaycanda bütün qəbirlər eyni formada olacaq” – VİDEO

Yaxın günlərdə Azərbaycanda qəbirüstü abidələrin eyni formada olması ilə bağlı qərar və ya qanun qəbul ediləcək.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı aidiyyəti qurumların rəyi alınaraq qanun layihəsi hazırlanıb.
Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı məsələyə baxılaraq müvafiq qərar qəbul olunub. Bununla bağlı Muxtar Respbulikanın Nazirlər Kabineti yeni qaydaları təsdiq edib və forma da müəyyənləşib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında bildirib ki, eyni qaydada Azərbaycanda nümunəvi qəbristanlıqların yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb, bütün aidiyyəti strukturlar rəylərini də veriblər.
Siyavuş Novruzov deyir ki, yeni qayda qəbul olunduqdan sonra,bütün qəbrlərin öz nömrəsi olacaq ki,yaxınları onu rahatlıqa tapa bilsinlər. Bununla yanaşı, qaydada qəbristanlığa qulluq məsələsi də nəzərdə tutulub.
Komitə sədrinin sözlərinə görə, tətbiq edilməsi nəzərdə tutulan bu qaydanın qanun və ya yaxud da ki qərar şəkilində qəbul edilməsi məsələsinə yaxın günlərdə aydınlıq gələcək/XəzərTV.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …