Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda bu məhsulların qiyməti artdı – VİDEO

Azərbaycanda bu məhsulların qiyməti artdı – VİDEO

Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.

Söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.

Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.

Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxlanılıb. Bildirilib ki, qiymət artımının bir neçə səbəbi var.

Qeyd edilib ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.

Daha ətraflı süjetdə:

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …