Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama

Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama

“Vətəndaşlar 4 gün işləyib, 3 gün istirahət etsinlər”. Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.

Birləşmiş Ərəb Əmirlikləri inqilabi qərar qəbul edərək bu il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib.Yəni, həftəlik iş qrafiki 5-ci gün saat 12:00-da yekunlaşacaq. Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 4 gün işləyən insan 3 gün dincələcəyini bildiyi üçün daha məhsuldar nəticə göstərə bilər.

Elə əksər şirkət və müəssisələri cəlb edən də məhz bu fikirdir. Eldəniz Əmirovun fikrincə, ölkəmizdə də bu sistemi tətbiq etmək mümkündür. Amma  bunun üçün xüsusi təhlil, elmi araşdırmalar lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, hələlik bu barədə heç bir layihə və ya qərar yoxdur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …