Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda hərbi obyekt tikən türk iş adamı: “Fətullahçılar məni tora saldı…”

Azərbaycanda hərbi obyekt tikən türk iş adamı: “Fətullahçılar məni tora saldı…”

10 il ərzində Azərbaycanda müxtəlif inşaat layihələri həyata keçirən və son olarq bir hərbi obyektin tikintisini başa vuran türkiyəli iş adamı Mehmet Əli Metin fətullahçıların toruna düşərək böyük məbləğdə ziyan etdiyini deyir. Virtualaz.org “Aksam” qəzetinə istinadən xəbər verir ki, Ankarada qeydiyyatdan keçən “Metin Mert İnşaat” şirkətinin sahibi olan Mehmet Ali Metin 2013-cü ildə İraqın şimalında inşaat işinə girib. Duhok şəhərində inşaat layihəsini tamamlayıb.

2015-ci ildə Adyamandan olan M.S. adlı iş adamı Ərbildə ona 25 mərtəbəli yaşayış binasının tikintisində ortaqlıq təklif edib. İnşaatçı deyir ki, sonradan fətullahçı olduğunu öyrəndiyi həmin iş adamı ona 250 min dollar xərclədib, daha sonra ortaqlıqdan çəkilib. Ardınca Mehmet Ali Metinə inşaatı öz hesabına başa çatdırması üçün təzyiqlər başlayıb. Onun pasportunu oğurlayıblar, polis təzyiqi ilə üzləşib, ölümlə hədələyiblər.

Nəhayət iş adamı qeyri-leqal yolla Türkiyəyə keçərək İraqın şimalındakı fətullahçı şəbəkənin onun başına gətirdikləri haqda ərizə yazıb. İş adamı deyir ki, Ərbildə olanda fətullahçıların Türkiyədən onlarla iş adamını bu cür aldatdığını, onların 15-20 milyon dollarını mənimsədiyini deyir. Bildirir ki, İraqın şimalında FETÖ-nün güclü şəbəkəsi fəaliyyət göstərir.

“Metin Mert İnşaat” şirkəti Azərbaycanda yol tikintisindən tutmuş yaşayış binalarına, villara və pirofabrik tikililərə qədər bir çox sahələrdə işləyib.

Virtualaz.org

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın