Çərşənbə , May 12 2021
Ana səhifə / Sosial / Azərbaycan XİN-in daha bir əməkdaşı xaricdən siyasi sığınacaq istədi

Azərbaycan XİN-in daha bir əməkdaşı xaricdən siyasi sığınacaq istədi

Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət edib.

Bu haqda Feysbuk sosial şəbəkəsindəki səhifəsində E.Baxşiyev özü yazıb.

Emin Baxşiyev həmçinin bildirib ki, işdən çıxarılması haqqında da ərizə yazıb. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı bunu ölkə hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə təzyiqlə izah edib.

Emin Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, Azərbaycan səfirliyində sürücü vəzifəsinə təyin olunub.

Qeyd edək ki, keçən il bir sıra Azərbaycan diplomatlarının Avropa ölkələrindən və Avstraliyadan siyasi sığınacaq almaq xahişləri ilə əlaqədar qalmaqal qopmuşdu. (Virtualaz.org)

Həmçinin oxuyun

171 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu ilin yanvar-aprel aylarında 44,3 min şəxsə sosial ödənişlərin, o cümlədən 10,3 min şəxsə pensiyaların, …

Bir cavab yazın