Ana səhifə / Sosial / Araz Əlizadə qalib, İqbal Ağazadə məğlub oldu

Araz Əlizadə qalib, İqbal Ağazadə məğlub oldu

III Xətai seçki dairəsi 35 saylı Dairə Seçki Komissiyası (DSK) bu gün Ümid Partiyasının sədri, bu dairədən deputatlığa namizəd İqbal Ağazadənin səslərin yenidən sayılmasına dair müraciətinə rədd cavabı verib.

Virtualaz.org saytı 35 saylı DSK-nın nümayəndəsinə istinadən xəbər verir ki, İ.Ağazadə bir neçə gün öncə komissiyaya şikayət məktubu ilə müraciət edib.

İqbal Ağazadə MSK-ya həmin müraciətində sözügedən dairədəki 17, 18 və 26 saylı seçki məntəqələrindəki səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişdi.

Ekspert qrupunun araşdırmaları zamanı məlum olub ki, müraciət MSK-ya ünvanlanarkən qanunvericiliyin hazırda qüvvədə olan tələbləri pozulub. Buna görə də MSK müraciəti baxılması üçün DSK-ya qaytarıb.

Xatırladaq ki, səslərin sayılmasının ilkin nəticələrinə görə, noyabrın 1-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə əvvəllər bu dairədən bir neçə dəfə deputat olmuş İ.Ağazadəni qabaqlayıb.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …

Bir cavab yazın