Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Abutalıbovun səlahiyyətləri azaldılır – Açıqlama

Abutalıbovun səlahiyyətləri azaldılır – Açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətləri azaldılır.

“ zinforum.az ” xəbər verir ki, bu barədə AzNews.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, yaxın zamanda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınacaq: “Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq. Bundan əlavə elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”.

Həmçinin oxuyun

Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı …

Bir cavab yazın