2018-ci ilin yanvar-aprel ayları ərzində 366 Azərbaycan vətəndaşı olan qadın xarici ölkə vətəndaşı olan kişi ilə ailə həyatı qurub.
Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu dövrdə, həmçinin 311 Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında nikah bağlanılıb.
Bundan əlavə, 2018-ci ilin yanvar-aprel ayları ərzində Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən ölkədə 17.7 min nikaha daxilolma halları qeydə alınıb.