Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / 190 manat üçün müraciət etdi, başına iş gəldi – Video

190 manat üçün müraciət etdi, başına iş gəldi – Video

Cəlilabad rayonu, Günəşli kənd sakini İlkin Məmmədov 190 manat birdəfəlik ödəniş almaq üçün müraciət etsə də, imtina cavabı alıb. Amma SMS-də onun yox, başqasının ad-soyadı qeyd olunub.

İlkin Məmmədov bu müavinətin düşüb-düşməməsi ilə maraqlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə deyib ki, bu tipli problemlərlə tez- tez rastlaşırlar. Bu isə vətəndaşlar tərəfindən edilən səhvlə bağlıdır.

Əsmər Nəcməddinqızı bildirib ki, əvvəllər bir nömrə ilə bir neçə şəxs qeydiyyatdan keçə bilirdi. Artıq 190 manat müavinətin verilməsi ilə bağlı portalda dəyişiklik edilib.

Vətəndaş qeydiyyatdan keçən zaman telefonuna təsdiq kodu veriləcək. Bu da birbaşa vətəndaşların başına gələ biləcək bu tipli problemlərdən onları sığortalayacaq.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …