Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Sosial / Ərdoğan Bakı səfərinin tarixi bilindi

Ərdoğan Bakı səfərinin tarixi bilindi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana Qazaxıstandan gələcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Deyli Sabah” qəzeti yayıb. Qəzet türk liderin Astanaya səfərinin sentyabrın 8-dən 10-na qədər davam edəcəyini bildirib. O, burada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşəcək. Görüş zamanı əsas müzakirə mövzuları Myanmadakı humanitar faciə, eləcə də FETÖ terror təşkilatı ilə birgə mübarizə olacaq.

Qazaxıstandan sonra Azərbaycana gələn Ərdoğan Bakıda Prezident İlham Əliyevlə görüşəcək. Bir həftə sonra isə türk lider Nyu Yorka BMT-nin Baş Assambleyasına yollanacaq.

Qeyd edək ki, bundan öncə Ərdoğanın Azərbaycana sentyabrın 10-da səfər edəcəyi bildirilsə də, sonradan Türkiyənin Bakıdakı səfiri Ərkan Özoral bu səfərin təxirə salındığını bildirmişdi.

Həmçinin oxuyun

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən …

Bir cavab yazın