Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / SOCAR Supsa limanından xamneft ixracını dayandırıb

SOCAR Supsa limanından xamneft ixracını dayandırıb

Bu ilin avqust ayında SOCAR tərəfindən Supsa limanından xam neftin ixracı baş tutmayıb.

“APA-Economics” SOCAR-ın təqdim etdiyi rəqəmlərə istinadən xəbər verir ki, ötən ilin avqust ayında Supsa limanından 87,177 min ton, ötən ay isə 264,489 min ton xam neft ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Supsa limanından 1 mln. 579 min 673 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 751 ton və ya 0,04% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın