Ana səhifə / Siyasət / Yeni ildə rusiyalıların əksəriyyəti istirahət üçün Azərbaycana gələcəklər

Yeni ildə rusiyalıların əksəriyyəti istirahət üçün Azərbaycana gələcəklər

Yeni il ərəfəsində Rusiyadan Azərbaycana istirahət etmək üçün gələnlərin sayı 69 faizə çatıb.

Bu barədə Rusiya mətbuatı Skyscanner turizm xidmətinə istinadən məlumat yayıb.

Ekspertlər Yeni il bayramında aviabiletlərin və mehmanxanaların sifarişi ilə bağlı məlumatları təhlil ediblər. Nəticədə aydın olub ki,  Kiprdə istirahət üçün sifariş verənlərin sayı 70 faiz artıb. Rusiyalılar həmçinin Yunanıstanda (53 faiz) və Gürcüstanda (40 faiz) istirahət etmək üçün də maraqlanıblar.

Yeni il bayramının ən məşhur xarici istiqaməti isə həmişə Tailand olub. İkinci yerdə İtaliya,  üçüncü yerdə isə Yunanıstan dayanır.  Sonra isə İspaniya, Çexiya, Türkiyə, Gürcüstan, Fransa, ABŞ və BƏƏ gəlir.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın