Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Marşrut avtobusu 1-ci sinif şagirdini vuraraq öldürüb

Marşrut avtobusu 1-ci sinif şagirdini vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Maştağa qəsəbəsində qeydə alınıb. 168 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 2010-cu il təvəllüdlü Nəzir Bəhruz oğlu Xuduyevi vuraraq öldürüb.

Məlumata görə, N. Xuduyev orta məktəbin birinci sinfində oxuyur. Hadisə anası onu məktəbdən evə aparan zaman baş verib. Uşaq qəfildən anasının əlindən çıxaraq yola qaçıb, nəticədə avtobus onu vurub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.  (APA)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın