Ana səhifə / Siyasət / Türkiyə Suriyaya girdi: 500 “Bordo bereli” türkmənlərə yardıma getdi

Türkiyə Suriyaya girdi: 500 “Bordo bereli” türkmənlərə yardıma getdi

Türkiyə silahlı qüvvələrinə məxsus 3 helikopter Suriya ilə sərhəddəki türkmənlərə yardıma gedib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, artıq Türkiyə hərbçiləri Bəşər Əsəd silahlıları tərəfindən öldürülən dinc türkmənlərin qorunmasına yardım edəcək.

Məlumata görə, Türkiyə hərbi helikopterlərinə qurudan 500 nəfərlik “Bordo bereli” xüsusi təyinatlıları dəstək verəcək.

Xatırladaq ki, Türkiyədə “dərin dövlət” adamı hesab olunan Sedat Peker də Suriyanın “Türkmən dağı” bölgəsindəki türkmənlərə 4 “TIR”a yüklənmiş 3 min ədəd yataq dəsti, hərbi geyim və ləvazimatlar göndərib.

 

 

 

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın