Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İcra başçısı MTN-nin keçmiş şefinə villa hədiyyə edib? – Rəsmi

İcra başçısı MTN-nin keçmiş şefinə villa hədiyyə edib? – Rəsmi

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov qətiyyətlə bildirir ki, o keçmiş MTN rəhbəri Eldar Mahmudova dəyəri 3 milyon manat olan villa tikdirməyib və onun ad gününə hədiyyə etməyib.

Axar.az xəbər verir ki, bu sözlər İsmayıllı Rayon İcra hakimiyyəti mətbuat xidmətinin rəsmi açıqlamasında əksini tapıb. İcra Hakimiyyətinin mətbuat katibi Valeh Salehov bildirib ki, İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovun rayonun görkəmli yerlərindən birində MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun ad gününə hədiyyə məqsədilə villa tikdirməsinə dair yayılan xəbərlərin əsası yoxdur.

Açıqlamanın sonunda mediaya yoxlanılmamış informasiyalar yaymamaq tövsiyə olunub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın