Çərşənbə , May 1 2024
Ana səhifə / Siyasət / Rusiya Baş nazirinin müavini və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya Baş nazirinin müavini və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdilər

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qeyd edilir ki, Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.

Paşinyan Overçukla Dağlıq Qarabağda yaranmış vəziyyəti, Ermənistana humanitar yardımı müzakirə edib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.

Hökumət rəsmiləri eləcə də Ermənistan-Rusiya əlaqələri məsələsi ətrafında müzakirələr aparıblar. Ermənistanın baş naziri və Rusiya Federasiyası Baş nazirinin müavini energetika, nəqliyyat, ikitərəfli əlaqələri nəzərdən keçiriblər.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …