Ana səhifə / Siyasət / Operativ qərargah: “Yanğın söndürülmək üzrədir”

Operativ qərargah: “Yanğın söndürülmək üzrədir”

“Günəşli” platformasında baş verən yanğın artıq söndürülmək üzrədir. Əgər işlər belə davam etsə, yanğının qarşısı ən gec sabaha qədər alınacaq”.

Bu barədə Anspress-ə platformada baş verən yanğınla əlaqədar yaradılan qərargahdan məlumat verilib.

Məlumata görə, dəvət edilən əcnəbi mütəxəssislərlə yerli qurumların birgə fəaliyyəti nəticəsində artıq yanğın xeyli azalıb. Hazırda da söndürülməsi istiqamətində gərgin iş gedir: “Ancaq ən təəssüfedici məqam odur ki, axtarışlar hələ də heç bir nəticə verməyib. Axşam hava qaralanda helikopterlər axtarışı dayandırır və səhər tezdən yenidən fəaliyyətə başlayırlar. Ancaq dalğıclar və gəmilər gecə də öz işlərini davam etdirirlər.

Bu gün “AZAL”-ın da təyyarəsi yenidən axtarışlara qoşulur. Hava da axtarış üçün çox əlverişlidir. Hazırda təkcə Fövqaladə Hallar Nazirliyinin (FHN) 3 helikopteri havaya qaldırılıb, Dövlət Sərhəd Xidmətinin (DSX) də vertolyotları bir azdan havaya qaldırılacaq”.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın