Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Öldürülən şeyxin qardaşı: “Obama edamın qarşısını ala bilərdi”

Öldürülən şeyxin qardaşı: “Obama edamın qarşısını ala bilərdi”

“ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salmanla dostluq münasibətlərindən istifadə edərək, bu edamın qarşısını ala bilərdi”.

“Report” bildirir ki, bunu Səudiyyə Ərəbistanı məhkəməsinin qərarı ilə edam olunan Baqir Nimr əl-Nimrin qardaşı, iş adamı Məhəmməd əl-Nimr Türkiyənin “Habertürk” televiziyasına müsahibəsində deyib.

Məhəmməd əl-Nimrin sözlərinə görə, qardaşı edam olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obama ilə görüşüblər: “Ancaq onun administrasiyası nəticə əldə etmə ehtimalı az olan diplomatik yolla bu məsələni həll etməyə çalışdı. Buna insani münasibətlər çərçivəsində deyil, diplomatik yanaşdılar”, – deyə o söyləyib.

O, qardaşının edam edilməsindən və oğlunun da edam ediləcəyindən kədərləndiyini vurğulayıb.

Məhəmməd əl-Nimr şiələrin çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanının Qatif şəhərində nüfuzlu ailə olduqlarını söyləyib: “Buradakı əhalinin daxili savaşa çevrilə biləcək hərəkətlərinə mane oluruq. Sakinləri sakitləşməyə çağırırıq. Ölkəmizə hər hansı ziyanın dəyməsini istəmirik”.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın