Ana səhifə / Siyasət / İranda qəzada ölənlərin çoxu azərbaycanlılardır

İranda qəzada ölənlərin çoxu azərbaycanlılardır

İranda dəmiryol qəzasında ölənlərin sayı 44-ə çatıb, 100-ə yaxın yaralı var. «TRT-Azərbaycan»ın verdiyi məlumata görə, ölənlərin çoxu yerli azərbaycanlılardır.

Noyabrın 25-də Təbrizdən Məşhədə gedən qatar Semnandan Məşhədə gedən digər qatarla toqquşub, bir neçə vaqon relsdən çıxıb, yanğın başlayıb. Hadisə yerinə tibb işçiləri və fövqəladə xidmət orqanlarının əməkdaşları cəlb olunub, amma qar və şaxta xilasedicilərin işini çətinləşdirib.

AFP xəbər agentliyi bunun ölkə tarixində ən ağır dəmiryol qəzalarından olduğunu yazır.

Hadisədən sonra İranın dövlət dəmiryol şirkətinin rəhbəri, nəqliyyat nazirinin müavini Mohsen Poor-Seyed Aghaie istefa verib. O, qəzanın səhv nəticəsində baş verdiyini söyləyib.

Rəsmilər qəzayla bağlı bir neçə nəfərin həbs edildiyini, tutulanlar arasında nəzarət mərkəzinin işçilərinin olduğunu deyirlər.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın