Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / İki baş həkim nöqsana yol verdi, nazir vəzifədən azad etdi

İki baş həkim nöqsana yol verdi, nazir vəzifədən azad etdi

Azərbaycanda iki baş həkim cəzalandırılıb.
 
Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Belə ki, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoruna isə xəbərdarlıq edilib.
Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutulub.

 

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın