Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Elçibəyin oğlu toya hazırlaşır

Elçibəyin oğlu toya hazırlaşır

“Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”.
Azinforum.az-ın xəbərinə görə, bunu mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.

“İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.

Ərturqut Əliyev toyunun nə vaxt olacağı ilə bağlı da açıqlama verib.
“Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın