Ana səhifə / Siyasət / Fərid Şəfiyev: “İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır“

Fərid Şəfiyev: “İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır“

“Rəsmi İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev BMTM-də 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunan dəyirmi masada deyib.

O vurğulayıb ki, Rusiya ənənəvi olaraq həmişə Ermənistanı dəstəkləyib: “İndi buna imkanı qalmayıb. Bundan başqa, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticəsini gözləyir. Amma Türkiyənin xarici siyasətində dəyişiklik olacağı ehtimalı yoxdur. Ermənistan həmçinin Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini gözləyir”.

Politoloq Fikrət Sadıxov isə bildirib ki, hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada səfərdədir: “Görünür, Ermənistan havadarlarından çox güclü yardım istəyəcək. Fransa və ABŞ regionda ciddi oyunçu kimi iştirak edə bilməz. Çünki bölgədə Türkiyə və Rusiya faktoru var. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da deyib ki, artıq sülh müqaviləsi imzalanmalıdır. Görünür, Ermənistanda sağlam düşüncələr var. Amma yenə də azdır”.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …