Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Böyük Britaniyanın hakim partiyasından AMİP-ə dəvət gəlib

Böyük Britaniyanın hakim partiyasından AMİP-ə dəvət gəlib

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Mərkəzi Şura sədri Rəşad Bayramov, Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev  Böyük Britaniyanın Konservatorlar partiyasının  2-5 oktyabr tarixlərində Birmingemdə keçiriləcək Qurultayına dəvət olunublar.

Qurultay Konservatorlar partiyasının ən böyük siyasi toplantısı hesab olunur. Bu toplantıda Böyük Britaniyanın bütün bölgələrindən partiya nümayəndələri, parlament üzvləri, hökumət rəhbərləri, nazirlər, böyük biznes nümayəndələri,  xaricdə əməkdaşlıq etdiyi siyasi partiya rəhbərləri  və s. iştirak edəcəklər. AMİP-in Böyük Britaniyanın Konservatorlar partiyası ilə əməkdaşlığının tarixi 1996-cı ildən başlayıb ikitərəfli müttəfiqliyə çevrilib və sonradan Beynəlxalq Demokrat İttifaqı çərçivəsində daha da inkişaf etdirilib. Bu illər ərzində müxtəlif beynəlxalq tədbirlərdə iştirakla yanaşı, istər Azərbaycanda, İstərsə də Böyük Britanitada  seminarlar, konfranslar şəklində çoxlu sayda birgə layihələr həyata keçirilmişdir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …