Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Elşad Abdullayevin köməkçisi hakimiyyətlə anlaşdı

Elşad Abdullayevin köməkçisi hakimiyyətlə anlaşdı

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin köməkçisi Elnur Məcidli hakimiyyətlə ölkəyə qayıdır. Musavat.com-un məlumatına görə, bu barədə E. Məcidli özünün facebook səhifəsində məlumat verib. E. Məcidli yazıb:
“Sizinlə bir şad xəbəri artıq paylaşmaq qərarına gəldim.
Bir müddətdir, Azərbaycana qayıtmaq (gedib gələ bilmək), öz vətənimə xidmət edə bilmək və həmçinin ölkə prezidenti ilə görüş üçün həm hörmətli Əli Həsənova, həm də cənab prezidentə müraciət ünvanlamışdım.
Keçən həftənin cümə günü prezident administrasiyasından edilən telefon zəngində müraciətimin qısa zamanda reallaşa biləcəyi söyləndi.
Buna görə başda cənab prezident İlham Əliyev, prezidentin köməkçisi Əli Həsənov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm!
İnşallah, çox qısa zamanda vətəndəyəm!
 
Beş il aradan sonra doğma Azərbaycana qayıdacağım üçün həyəcanlıyam“.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın